16.01.2020
Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamına uyğun olaraq, AMEA-nın Tarix İnstitutunda 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğının 30 illiyinə həsr olunan elmi konfrans keçiriləcək.
Konfransda institut alimlərinin məruzələri dinləniləcək, o zamankı hadisələrin iştirakçıları çıxış edəcəklər. Tədbirdə fotoqraflar Qurban Dostəlizadə, İsmayıl Eyyubov və Musa Nəsirovun 20 Yanvar faciəsi ilə bağlı foto-materialları ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunacaq.
Tədbir yanvarın 17-i saat 11:00-da AMEA-nın əsas binasında (kiçik akt zalı, 2-ci mərtəbə, 211-ci otaq) keçiriləcək.