AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix İnstitutu xarici dillərdə olan nəşrlərini Milli Kitabxanaya təqdim edəcək

05.02.2020

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçiriləcək.

Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır.

Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri, o cümlədən dünyanın müxtəlif dillərində - rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, fars, erməni və başqa dillərdə kitablar işıq üzü görüb. Xarici dillərdə olan nəşrlər arasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, İrəvan xanlığının tarixi ilə bağlı broşürlər və digər kitablar var.

Tədbir fevralın 7-i saat 11:00-da Milli Kitabxanada keçiriləcək.

Paylaş: