16.09.2020
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertantura təhsili almaq istəyən şəxslər 2020-ci il sentyabrın 14-dən oktyabrın 6-sı saat 17:00-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) institutun Təhsil şöbəsinə müraciət edə bilərlər.
AMEA-nın əsas binası, 6-cı mərtəbə, otaq 606
Qeyd: Müraciət üçün tələb olunan sənədlər və plan yerləri barədə aşağıdakı linkdən məlumat ala bilərsiniz: