AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Nizami Gəncəvi - Azərbaycan tarixinin erkən intibah dövrü” mövzusunda respublika elmi konfransı

17.03.2021

ELAN

 

AMEA  A.A.Bakıxanov adına Tarix İnstitutu “Nizami Gəncəvi - Azərbaycan tarixinin erkən intibah dövrü” mövzusunda respublika elmi konfransı keçirir.

Konfransa göndərilən məruzələrin həcmi 8-10 səhifə olmalı, elektron variantı sentyabrın 15-nə kimi reshadmustafa@gmail.com e-poçt ünvanına göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalı, şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Daha ətraflı məlumat üçün Təşkilat komitəsinə müraciət etmək olar:

AMEA-nın əsas binası, 6-cı mərtəbə, otaq 633. Tel.: (+994 70) 729 28 27.

Konfrans 2021-ci il 22 oktyabr  tarixində keçiriləcəkdir.

 

Təşkilat komitəsi

Paylaş: