17.03.2021
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Nizami Gəncəvi dövrü Azərbaycan tarixi” mövzusunda respublika elmi konfransı keçirir.
Konfransa göndərilən məruzələrin həcmi 8-10 səhifə olmalı, elektron variantı oktyabrın 30-na kimi tofignajafli@gmail.com e-poçt ünvanına göndərilməlidir.
Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalı, şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.
Daha ətraflı məlumat üçün Təşkilat komitəsinə müraciət etmək olar:
AMEA-nın əsas binası, 6-cı mərtəbə, otaq 633. Tel.: (+994 50) 327 41 64.
Konfrans 2021-ci il 3 dekabr tarixində keçiriləcəkdir.
Təşkilat komitəsi