AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

AMEA Tarix institutu, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi,Dini Qurumlarla İş üzrə Dövlət KomitəsivəMultikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 2021ciil mayın 26-da“Qafqaz Albaniyası:tarix, din və memarlıq”mövzusunda onlayn konfrans

25.05.2021

AMEA Tarix institutu, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il mayın 26-da “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda Azərbaycandan və dünyanın səkkiz ölkəsindən Albaniyanın tarixi, dini və memarlığına dair məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır. Konfransda xarici alimlərdən Höte adına Frankfurt Universitetinin Empirik Dilçilik İnstitutunun müqayisəli dilçilik üzrə professor, dilçi, yazıçı Jost Gippert (Almaniya) “Qafqaz Albanlarının ayinləri: Sinay Palimpsestlərindən yeni baxış”, Oslo Universitetinin professoru filologiya elmləri doktoru Byorn Vegge (Norveç) “Qafqaz Albaniyasının Apostol kilsəsinin tarixinə nəzər”, Qafqaz Dilləri və Filologiyası Tədqiqat Mərkəzinin direktoru, professor Jil Utye (Fransa) “Udin-Alban dili ilə qohum dillər arasındakı fərqlər və oxşarlıqlar”, İvan Cavaxişvili adına Tiflis Universitetinin Dilçilik İnstitutunun tədqiqatçısı, filologiya elmləri doktoru, professor Roman Lolua (Gürcüstan) “Moisey Xorenlinin mənşəyi problemi və Qafqaz-Alban yazıları” , memar, Trento Universitetinin müəllimi, (İtaliya) Paolo Zammatteo “Sərhədlərin kənarında. Xudavəng monastırının (Kəlbəcər) bədii və mədəni perspektivi” və s. mövzular ilə çıxış edəcəkdir. Konfransda Azərbaycanı Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov (“Albanşünaslığın tarixi: xronoloji-problem təhlili”), Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova (“Qarabağ - qədim Azərbaycan torpağıdır”), Alban-Udin Xristian İcmasının sədri Robert Mobili (“Alban-Udin dini icması Azərbaycanda Alban (Qafqaz) kilsəsinin mirası kimi”), AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva (“Azərbaycanın Tərtər bölgəsinin alban tarixi və mədəni iris”), Azərbaycan Dövlət İqtisad Universitetinin Multikulturalizm Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva (“Müqəddəs Yeliseyin Qafqaz Albaniyasındakı son dayanacağı: Zərqun Vadisi (miflər və həqiqətlər))” və ölkənin elmi mərkəzlərində çalışan alimlər təmsil edəcəkdir. Konfrans Qafqaz Albaniyası haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasına böyük töhvə verəcəkdir.     

                                                                                                                                                                                                                         AMEA Tarix institutu İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

Paylaş: