AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə konfrans keçirilib.

27.05.2021

AMEA Tarix İnstitutunda AXC-nin yaradılmasının 103-cü ildönümü münasibətilə «28 may Respublika günü» mövzusunda konfrans keçirilib. AXC-nin 103-cü ildönümü yeni tarixi şəraitdə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi – II Qarabağ müharibəsində qalib gələn Azərbaycan Respublikası təkcə Qafqaz regionun deyil, o cümlədən dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Bu möhtəşəm zəfərin qazanılmasında Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə aparılan sosial-iqtisadi islahatlar, ictimai-siyasi sabitliyin təmin edilməsi və ordu quruculuğu işində əldə edilən uğurlu nəticələrin müstəsna yeri vardır. Bu qələbə milli tariximizin qızıl səhifəsini təşkil edir. Qeyd etmək lazımdır ki, 103 il bundan öncə yaradılan AXC-nin ordu quruculuğu sahəsində əldə etdiyi uğurlu nəticələr 1919-cu ilin martında erməni separatçıları üzərində qələbə qazanmağa imkan vermişdi. Məhz Heydər Əliyevin təşəbbüsü və imzaladığı fərman əsasında 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 illiyi qeyd olunmuşdu. Konfransın gündəliyinə daxil edilən məruzələr bu günün hadisələri ilə uğurlu şəkildə səsləşir. Konfransın giriş sözü ilə açan Tarix İnstitutunun icraçı direktoru, t.ü.f.d., dos. C.Ə.Bəhramov Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının əhəmiyyətindən, 23 aylıq mövcudluğu dövründə milli dövlətçiliyimizin bərpası və onun əsas atributlarının reallaşdırılması üçün atılan addımlardan, o dövrün mövcud hərbi-siyasi şəraitindən, Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin həyata keçirdiyi daxili və xarici siyasət məsələsindən bəhs etdi. Konfransda Azərbaycan Xalq Cumhuriyyəti tarixinə dair müxtəlif problemlərin tədqiqi ilə bağlı «Azərbaycan Xalq Cumhuriyyəti tarixi» şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. K.N.İsmayılov, a.e.i., t.ü.f.d., dos. N.N.Məmmədzadə və a.e.i., t.ü.f.d., dos.V.V.Qafarov məruzələrlə çıxış etdilər. Məruzələr dinlənildikdən sonra AXC tarixinə dair müxtəlif mövzulara «Azərbaycanın Xalq Cumhuriyyəti» şöbəsinin rəhbəri t.ü.f.d.,dos N.Ə.Maksvell öz fikirlərini bildirdi və bununla bağlı təkliflərini irəli sürdü. “Ümumi tarix”şöbəsinin rəhbəri t.e.d., prof İradə Bağırova .«Azərbaycan Respublikasının tarixi» şöbəsinin rəhbəri t.e.d., prof. M.İ.Əmrahov və “Qədim dövr tarixi” şöbəsinin böyük elmi işçisi Ramin Əlizadə məruzələr ətrafında çıxışlar etdilər və təkliflər irəli sürdülər. Məruzə və çıxışlarda irəli sürülən yeni elmi müddəalar AXC-nin yaradılmasının xalqımızın milli dövlətçilik tarixində müstəsna yeri olduğunu deməyə və öyrənməyə, bu tarixin daha da dərindən araşdırılmasına ehtiyac olduğu fikirini təsdiq etdi. Konfransda Tarix İnstitutunda AXC-nin qarşıdan gələn 105 illiyi münasibətilə əsaslı akademik nəşrlərin hazırlanmsı qərara alındı.

Paylaş: