
22.08.2021
AMEA Tarix institutu bildirir ki, “Azərbaycanın yeni tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəlilov Polad Rəsul oğlu Covid-19 xəstəliyindən dünyasını dəyişib.
Tarix institutunun kollektivi,həmkarları Polad Xəlilovun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.Onun xatirəsi iş yoldaşlarının və sevənlərinin qəlbində daim yaşayacaqdır.