AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Sentyabrın 8-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Belarus Respublikasından gəlmiş jurnalistlərlə görüş keçirilmişdir.

08.09.2021

2021-ci il sentyabrın 8-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvəti ilə ölkəmizə  Belarus Respublikasından  gəlmiş jurnalistlər:Larisa Kucerova və  Dmitriy Koşevarla  Tarix İnstitutunda görüş keçirilmişdir.Tarix İnstitutunun baş direktoru,t.e.d. prof. Kərim Şükurov  institut haqqında məlumat verdikdən sonra, 1941-1945-ci illər müharibəsi dövründə Belarusun müdafiə olunmasında və onun alman-faşist işğalından azad edilməsində iştirak etmiş Azərbaycanlı əsgər və zabitlər haqqında yazılacaq kitabla bağlı müzakirələr aparıldı.Nəzərdə tutulan əsərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, AMEA  A.A.Bakıxanov adına Tarix İnstitutunun və Belarus Respublikasından olan jurnalistlərin birgə iştirakı ilə hazırlanması qərara alınmışdır.

Paylaş: