AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Azərbaycan və Türkiyə tarixçiləri Ağdamda beynəlxalq simpozium keçirəcək

14.09.2021

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk  Araşdırma Mərkəzi Azərbaycanın  Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyininin bərpası ilə əlaqədar olaraq Ağdam İcra hakimiyyəti ilə birlikdə 2021-ci il 15-18 sentyabr tarixində  Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər  mövzusunda beynəlxalq simpozium keçirir. 
Simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırmaları Mərkəzinin rəhbərləri ilə birgə, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edəcəkdir. Simpozium iştirakçıları 2021-ci il sentyabrın 15-də Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanında Bakının azad edilməsinin ildönümü münasibətilə türk şəhidləri və 20 Yanvar şəhidləri abidələrini ziyarət edəcək və simpoziumun keçiriləcəyi, işğaldan azad edilmiş, Ağdam rayonuna yola düşəcəkdir. Simpozium 16 sentyabr tarixində Ağdamda öz işini davam etdirəcəkdir. 
Simpoziumda  Azərbaycan Respublikasının müstəqillik dövr tarixi, Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri, Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri və digər mövzular üzrə məruzələr dinləniləcəkdir.

Simpozium iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur

 

                                                                                                                      © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: