AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarixçi alim Elçin Cabbarovun məqaləsi Ukraynada dərc olunub

04.10.2021

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarovun rus dilində “Müasir dövrdə terrora qarşı mübarizə: “Yumşaq qüvvə”nin Azərbaycan modeli” (“Borba protiv terrora na sovremennom etape: Azerbaydjanskaya model “myaqkoy silı”) məqaləsi Ukraynanın V.İ.Vernadski adına Tavriya Milli Universitetinin Elmi Xəbərlərinin (Tarix elmləri seriyası) 2021-ci il 3-cü sayında dərc edilib.

Məqalədə münaqişələrin mədəniyyət müstəvisində həlli işinin XXI əsrin vacib tələbi olması məntiqindən çıxış edərək, müasir dövrdə humanitar diplomatiyanın terrora qarşı mübarizədə güclü müdafiə platforması və əks-hücum cəbhəsi formalaşdırdığı fikri əsaslandırılır. Terrora qarşı mübarizədə milli humanitar təsir mexanizmləri kompleksindən “yumşaq qüvvə” kimi istifadəyə diqqət çəkilir, daşıyıcısı olduğumuz milli-mənəvi dəyərlərin, Azərbaycan mənşəli modern sosial xidmət sahələrinin dəstəyi ilə terrora qarşı mübarizənin ən qabaqcıl taktika olduğu fikri irəli sürülür. Elmi müddəalar Azərbaycan Respublikasının dövlət siyasəti, o cümlədən Ermənistan – Azərbaycan münaqişəsində Azərbaycan humanitar diplomatiyasının təcrübəsi, Azərbaycan mənşəli “yumşaq qüvvə”nin forma və məzmunu bazasında əsaslandırılır. Münaqişələrin müəyyən mərhələsində “yumşaq qüvvə”nin “sərt qüvvə”nin tətbiqini istisna etmədiyi qənaəti isə 2020-ci ildə qələbə ilə yekunlaşan “Dəmir yumruq” əməliyyatının təcrübəsi ilə vurğulanır. Beləliklə, müasir dövrdə terrora qarşı mübarizədə “Azərbaycan modeli” qalib taktika kimi təqdim edilir.

 

 

                                                                                                                                                     © Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: