AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix İnstitutunda görkəmli alim Rudolf İvanovun 90 illik yubileyi qeyd olunub

07.10.2021

Oktyabrın 6-da AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda görkəmli tarixçi alim, Rusiya Qafqazşünaslıq elminin tanınmış nümayəndələrindən biri, Rusiya Jurnalistlər və Yazıçılar birliyinin üzvü, Tarix İnstitutunun fəxri professoru Rudolf Nikolayeviç İvanovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçirilib. İnstitutun baş direktoru, t.e.d., professor Kərim Şükürovun iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə müəssisənin icraçı direktoru, t.ü.f.d., dosent Cəbi Bəhramov açıb. R.İvanovun həyat və fəaliyyəti haqqında məlumat verən alim qeyd edib ki, onun Azərbaycanın XIX-XX əsrin birinci yarısına dair yazdığı əsərlər milli tarixşünaslığımız üçün dəyərli töhfədir. C.Bəhramov görkəmli alimin 90 illik yubileyinin Rusiya ilə yanaşı, özünə həmişə doğma hesab etdiyi Azərbaycanda da qeyd olunduğunu söyləyib. C.Bəhramov daha sonra AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının professor Rudolf İvanovun 90 illiyinin qeyd edilməsi haqqında qərarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra tədbirdə tanınmış alimin həyat və fəaliyyəti ilə bağlı t.ü.f.d., dosent İlqar Niftəliyev və t.ü.f.d. Hacı Həsənov məruzə ilə çıxış ediblər. Çıxışlarda Rudolf İvanovun yaradıcılığının elmi təhlili verilib. Qeyd olunub ki, alimin əsərlərində Azərbaycan tarixinin XIX-XX əsrin əvəllərində mühüm problemləri işıqlandırılıb. Həmçinin Azərbaycanın 1920-ci illər tarixinin bir sıra aktual məsələlərini, eləcə də Naxçıvanla bağlı bir neçə sənədi elmi dövriyyəyə gətirdiyi vurğulanıb. Sessiyada məruzələr ətrafında professor Kərim Şükürov və t.ü.f.d. Kamran İsmayılov çıxış edib, milli tariximizin bütün dövr və problemlərinin müasir tarix elmi əsasında öyrənilərək xalqımıza təqdim olunmasının vacibliyi bildirilib.

                                                           

                                                         © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: