AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

7-8 oktyabr Türk ocaqları İstanbul Şöbəsi, Türkiyə Mədəniyyət və Turizm nazirliyi, İstanbul Üniversitetinin birgə təşkilatçılığı ilə İstanbulda” Mütarəkədən İstiklalə 1921 ilində Milli Mübarizə” mövzusunda Beynəlxalq simpozium keçirilib

20.10.2021

Simpozium İstanbul Üniversiteti Ədəbiyyat Fakültəsi iclas zalında , Türkiyə Mədəniyyət ve Turizm nazirliyinin dəstəyi ilə keçirilmişdir. Beynəlxalq simpozium  Türkiyə  Dövlətinin quruluşunu təşkil edən “Türk Qurtuluş Savaşının 100 -cü ildönümündə”, verilən mübarizəni daha geniş anlamaq, gələcəyə güvənli irəliləmək məqsədi ilə hazırlandı.

Beynəlxalq simpozium da  azərbaycanlı alim – AMEA Tarix institutu "Beynəlxalq münasibətlər və diospora tarixi"şöbəsinin müdurü Prof.Tofiq Mustafazadə “1921 -ci il Moskva və Qars müqavilələrinin hazırlanmasında Behbud bəy Şahtahhinskinin rolu haqqında”, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə Mustafazadə “Qars və Riqa Sazişlərinin Müqayisəsi: Türkiyə Cümhuriyyəti ilə Ukrayna Sovet Sosialist Respublikası arasındakı əlaqələr”mövzusunda çıxışlar  ediblər.

                 ©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: