AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

"Beynəlxalq münasibətlər və diospora tarixi"şöbəsinin elmi işçisi Pərvanə Mustafazadə Ukraynanın Xarkov şəhərində Nizami Gəncəvinin 880 illiyinə həsr olunan "Türk xalqların birgə mədəni irsi" adlı beynəlxalq elmi konfransında iştirak edib.

25.11.2021

Ukraynanın Xarkov şəhərində 22 oktyabr 2021-ci il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan "Türk xalqların birgə mədəni irsi" adlı beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşəbbüsü ilə Xarkov Milli Universitetində keçirilən beynəlxalq elmi konfransda – AMEA Tarix institutu "Beynəlxalq münasibətlər və diospora tarixi"şöbəsinin elmi işçisi,siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə Mustafazadə "Şuşa bəyannaməsi iki türk xalqının tarixi həmrəyliyinin nümunasi"mövzusunda çıxış edib.Sonda Pərvanə Mustafazadə sertifikat ilə təltif olunub.

Возможно, это изображение (один или несколько человек и текст)

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: