12.06.2023
Almaniyanın akademik ədəbiyyat nəşri üzrə ixtisaslaşan De Gruyter nəşriyyatı Qafqaz Albaniyasına dair məlumat-sorğu kitabı (Caucasian Albania. An International Handbook. Edited by Jost Gippert and Jasmine Dum-Tragut) nəşr etmişdir. Nəşriyyatın təqdim etdiyi xülasədə Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra bölgənin tarixi, mədəniyyəti və mədəniyyət abidələrinə münasibətdə təftişçiliyindən bəhs olunur, məlumat-sorğu kitabının Qafqaz "albanları" na dair tədqiqatların müasir vəziyyətinin obyektiv, elmi cəhətdən əsaslandırılmış icmalının verildiyi bildirilir. Qeyd edilir ki, toplu müxtəlif tədqiqat istiqamətləri üzrə dünya miqyaslı alim, tədqiqatçı və praktikləri birləşdirir.
(https://www.degruyter.com/.../10.1515/9783110794687/html...)
Məlumat sorğu kitabı ilə tanışlıq bu iddiaların tamamilə yanlış olduğunu sübut edir. Belə ki, bu kitabda Azərbaycan albanşünaslığı tamamilə inkar edilmiş, Azərbaycandan bir müəllif də onun yazılmasına dəvət edilməmişdir. Məlumat-sorğu kitabı, əsasən, ermənişünaslar və etnik erməni tədqiqatçıların (A. Drost-Abqaryan, A.Kazaryan, P.Donabedyan, H.Petrosyan, A.Akopyan və b.) iştirakı ilə yazılmışdır. Bu halda, obyektivlikdən danışmaq qeyri-obyektivlikdən xəbər verir. Kitabın məlumat-sorğu xarakteri daşıması da təsadüfi deyil. Onu hazırlayanlar bununla daha geniş oxucu kütləsi cəlb etməyi hədəfləyir və anti-Azərbaycan təbliğatının tərkib hissəsi kimi çıxış edir. Bu fakt bir daha göstərir ki, müəyyən qüvvələr beynəlxalq miqyasda Qafqaz Albaniyasının elmi tarixinin tədqiqi əvəzinə, onu siyasi vasitəyə çevirməyə cəhd göstərir. Qeyd edilən kitab bu layihənin reallaşdırılmasının başlanğıcından xəbər verir. Bunun qarşısının perspektivdə alınması üçün bu tipli kitabların müəyyən edilməsi və resenziyalaşdırılması ilə birgə, respublikada albanşünaslar hazırlığına dair milli proqram hazırlanması, onun prioritetlərinin müəyyən edilməsi və həyata keçirilməsinə diqqətin artırılmasını tələb edir.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi