AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix və Etnologiya institutunda elmi forum keçiriləcək

07.09.2023

AMEA Tarix və Etnologiya institutunda Azərbaycanın görkəmli dövlət xadimi Uzun Həsən Bayandurun (1423-1478) anadan olmasının 600 illiyi münasibətilə elmi forum olacaqdır.

AMEA Tarix və Etnologiya institutunda Azərbaycanın görkəmli dövlət xadimi Uzun Həsən Bayandurun (1423-1478) anadan olmasının 600 illiyi münasibətilə elmi forum olacaqdır.

Forumda aşağıdakı mövzular üzrə çıxış və müzakirələr keçiriləcəkdir:

- "Uzun Həsənin nəsil şəcərəsi və tarixi şəxsiyyəti";

-"Ağqoyunlu bəyliyi- Uzun Həsən Ağqoyunlu dövlətinin banisidir";

-"Uzun Həsən istedadlı sərkərdə və görkəmli dövlət xadimi kimi";

-"Uzun Həsənin dövründə (1468-1478) Azərbaycanın beynəlxalq əlaqələri";

-"Uzun Həsənin dövründə Böyük ipək yolu və Azərbaycan: sosial-iqtisadi əlaqələr";

-"Milli-mənlik şüurunun möhkəmlənməsində Uzun Həsənin rolu: dini tolerantlıq, din və təsəvvüf";

-"Uzun Həsənin dövründə elm və mədəniyyət: ədəbiyyat, türk dili, fəlsəfə, memarlıq";

-"Ağqoyunlu dövlətinin ilkin qaynaqları və əsas araşdırıcıları";

-"Günümüzə qədər gəlib çatan maddi-mədəniyyət abidələrində Uzun Həsən və varislərinin izləri";

-"Uzun Həsənin Azərbaycan dövlətçilik tarixində yeri və rollu

Elmi forumun təşkili və keçirilməsi üzrə koordinator: İnstitutun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəflidir.

Elmi forum 2 oktyabr 2023-cü il tarixində saat 11.00-da institutun konfrans zalında keçiriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Paylaş: