06.10.2023
4 oktyabr 2023-cü il tarixində AMEA Tarix İnstitutunun elmi seminarında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Dmitri Alekseyeviç Xitrov “XVIII əsrin I yarısı - ortalarında Qərbi Xəzər regionunun rus xəritələri. Yeni arxiv tapıntıları” adlı məruzə ilə çıxış etmişdir.
D.A.Xitrov məruzəsində Rusiyada I Pyotrun dövründən II Yekaterinanın dövrünə qədər başlayan kartoqrafiya işinin inkişafından məlumat vermişdir. Hazırda istər Rusiyada, istərsə də digər ölkələrdə o dövrün xəritələrinin hansı arxiv və kitabxana fondlarında saxlanılmasına, eləcə də bu abidələrin rəqəmsallaşdırılması ilə bağlı işlərin hazırkı vəziyyətinə xüsusi diqqət yetirmişdir. Dünyanın bir çox regionları, o cümlədən Xəzəryani ərazilər üzrə aparılmış ilk instrumental tədqiqatların nəticəsi olan bu xəritələrin mühüm elmi əhəmiyyətə malik olması qeyd olunmuşdur.
Məruzəçiyə suallar verilmişdir və məruzə ətrafında çıxışlar olmuşdur.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi