AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Elmi seminarın nəticələri müzakirə olundu

29.04.2024

Aprel ayının 29-da AMEA Tarix və Etnologiya İnstitutunda “Azərbaycan etnologiyası: yeni prioritetlər və perspektivlər” adlı Elmi seminarın (15.03.2024) nəticələrinə həsr olunmuş tədbir keçirildi.

Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. Kərim Şükürov Tarixi etnologiya, Müasir dövr etnologiyası, Türk xalqları tarixi və etnologiyası şöbələrinin qarşısında duran vəzifələr, görüləcək işlər haqqında məlumat verdi.

Tədbirdə “Azərbaycan etnologiyası: tarixi, müasir vəziyyəti və perspektivləri” adlı məqalələr toplusunun, görkəmli etnoloqlar haqqında “youtube” çıxışlarının hazırlanması şöbələrdə elmi seminarların keçirilməsi barədə müzakirələr aparıldı.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: