AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Gəncə şəhərinə elmi-etnoloji səfər

23.07.2024

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Tarixi etnologiya şöbəsinin müdiri, tarix elmləri doktoru İlhamə Məmmədova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Əsəd Əliyev, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Həqiqət Zahidova, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlu, elmi işçilər Bahar Əmənova və Gülnar Tağıyeva 2024-cü ilin iyul ayında Gəncə şəhərində elmi-etnoqrafik ezamiyyətdə olublar.

Azərbaycanın tarixi şəhərlərindən olan, dünya ədəbi-fəlsəfi fikrinə Nizami kimi dühanı bəxş edən Gəncə özünün mədəni, elmi, bədii mühiti ilə yanaşı, məhəlli-etnoqrafik xüsusiyyətlərini də hər zaman qoruyub. Tədqiqat zamanı şəhərin etnoloji irsi – maddi mədəniyyəti, tarixi abidələri, şəhər əhlinin mənəvi dünyası, ailə məişəti və s. məsələlər barədə etnoqrafik müşahidələr və sorğular nəticəsində xeyli faktik material əldə olunub.

Səfər müddətində bəzi əməkdaşlar Milli Yaylaq Festivalında da iştirak ediblər.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: