AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Müstəqilliyimiz əbədidir, dönməzdir

18.10.2024

18 oktyabr 2024-cü il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “18 oktyabr – Azərbaycanın Dövlət müstəqilliyin bərpası günü” münasibətilə Dəyirmi masa keçirilib. Tədbirdə institutun əməkdaşları, doktorantlar, müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak edib.

Tədbirdə dövlət himnimiz səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına həsr olunmuş videoçarx nümayiş olunub.

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev xalqımızın tarix boyu azadlıq, müstəqillik uğrunda fədakarcasına mübarizə apardığını, XX əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm rol oynadığını, cümhuriyyətin ömrünün qısa olmasına baxmayaraq müstəqillik ideyasının ictimai şüurda kök saldığını vurğuladı. XX əsrin sonunda, 1991-ci il oktyabr 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə yeni dönəmin başladığını vurğulayan direktor müavininin sözlərinə görə, dövlət müstəqilliyimizin bərpası ilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli də olsa mövcudluğu dərin məna kəsb edib, böyük anlam qazanıb.

Dəyirmi masada “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Mais Əmrahov “18 oktyabra aparan yol. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbulu” adlı məruzə ilə çıxış edib. Dövrün siyasi-sosial proseslərini təhlil edən şöbə müdiri Mais Əmrahov Konstitusiya Aktı haqqında geniş məlumat verib. Professor deyib edib ki, 1991-ci il okt­yab­rın 18-də XII ça­ğı­rış Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti­nin növ­bə­dən­kə­nar ses­si­ya­sın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi haq­qın­da Kons­ti­tu­si­ya ak­tı­ qəbul olunub.

6 böl­mə, 32 mad­də­dən iba­rət olan Kons­ti­tu­si­ya ak­tın­da ya­zı­lıb ki, 1918-ci il ma­yın 28-də Azər­bay­can Mil­li Şu­ra­sı İs­tiq­lal bə­yan­na­­mə­si­ni qə­bul edə­rək Azər­bay­can xal­qı­nın döv­lət qu­ru­lu­şu­nun çox­­əsr­lik ənə­nə­lə­ri­ni dir­çəldib. Azər­bay­can Res­pub­li­ka­sı­nın Ali So­ve­ti 1918-ci il ma­yın 28-də Azər­bay­can Mil­li Şu­ra­sı­nın qə­bul et­di­yi İs­tiq­lal bə­yan­na­mə­si­ni, Azər­bay­­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­­qil­­li­yi­nin bər­pa­sı haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti­nin 1991-ci il 30 av­qust ta­rix­li bə­yan­na­mə­si­ni rəh­bər tu­ta­raq kons­ti­tu­si­ya ak­tı­nı qə­bul edib. Prof. M. Əmrahov Konstititusiya Aktının hər bir bəndi haqqında geniş məlumat verib, XX əsrin sonuncu onilliyində Azərbaycan xalqının üzləşdiyi fəlakətlər, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, döyüş meydanındakı uğursuzluqlar, nəticəsiz danışıqlar və s. tarixi-siyasi proseslər, eləcə də Birinci Qarabağ müharibəsi dövründəki ictimai-siyasi vəziyyət haqqında danışıb.

Tədbirdə institutun elmi işçisi Gülşən Kəngərlinskaya “18 oktyabr- Müstəqil Azərbaycanın mədəniyyətinin inkişafında yeni mərhələnin başlanması” və aparıcı elmi işçi, t.ü.f.d. Gülnaz Mahmudova “Azərbaycanın ali təhsil sahəsində islahatlar (1993-2003-cü illərdə)” adlı məruzələrlə çıxış ediblər.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: