
14.02.2025
Məmmədzadə Seyidməmməd İlhami oğlunun 5507.01 -“Beynəlxalq münasibətlər tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kuban və Don Respublikalarının yaranması və Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələri” və Bağırova Gülarə Məmmədhüseyn qızının 5507.01 -“Beynəlxalq münasibətlər tarixi” ixtisası tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasının hərbi sahədə beynəlxalq əməkdaşlığı” mövzusunda təqdim edilmiş dissertasiya işlərinin müdafiəsi təşkil olunub.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdikləri dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir