AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix və Etnologiya İnstitutu ilə Bakı Slavyan Universiteti arasında müqavilə imzalanıb

14.02.2025

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda daim elm və təhsilin vəhdətinə xüsusi diqqət yetirilir. Bu prinsipin həyata keçməsinin ən bariz nümunələrindən biri institutda tələbələrin istehsalat təcrübəsinin təşkilidir. Bu məqsədlə hər il olduğu kimi, 2025-ci ildə də müxtəlif universitetlərlə sıx əməkdaşlıq davam etdirilir. Bu günlərdə Tarix və Etnologiya İnstitutu ilə Bakı Slavyan Universiteti arasında müqavilə imzalanıb. Müqavilə müvafiq qanunvericiliyə, təşkilatların nizamnamələrinə, o cümlədən “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası”na əsaslanır. Fevral ayından may ayınadək davam edəcək istehsalat təcrübəsinin məqsədi tələbələrin təhsil müəssisəsində aldığı nəzəri biliklərini möhkəmləndirməkdir.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: