
18.02.2025
19 - 25 fevral 2025-ci il tarixlərində İraq Respublikasının Telafər şəhərində Avrasiya Regional Mərkəzi İslam Əməkdaşlıq Gənclər Forumu tərəfindən “Azərbaycan dövlətçiliyi tarixində İraq türkmənlərinin rolu” adlı beynəlxalq konfrans keçiriləcəkdir. Tarix və Etnologiya İnsitutunun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli də konfransa dəvət olunub. O, “XIII-XVI əsrlərdə Azərbaycan sülalə dövlətləri və İraq türkmanları” adlı məruzə ilə iştirak edəcəkdir.
Beynəlxalq əlaqələr şöbəsi