AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Əlcəzairdə təqdim olunacaq

18.02.2025

18 – 21 fevral 2025- ci il tarixlərində Əlcəzair Xalq Demokratik Respublikasının Əl-Cəzair şəhərində Bakı şəhər İcra Hakimiyyəti və AMEA Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” (27 sentyabr – 10 noyabr 2020- ci il) kitabının ərəb dilində təqdimatı keçiriləcəkdir. Tədbirdə Tarix və Etnologiya İnstitutunu Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri, akademik Nərgiz Axundova təmsil edəcəkdir.

Qeyd edək ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsinə həsr olunan kitabda qələbənin Zəfər salnaməsi ətraflı əks olunmuşdur. Kitabın layihə rəhbəri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, elmi redaktoru AMEA Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovdur.

Kitab 10-a yaxın dilə (rus,ingilis, türk,çin, italian, ərəb və s.) tərcumə olunaraq çap olunmuşdur.

_________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: