28.02.2025
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda istehsalat təcrübəsi keçən bir qrup tələbə aparıcı elmi işçi, t.ü.f.d., dosent Nigar Axundovanın elmi rəhbərliyi ilə Bakı Biznes Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Konstitusiya və Süverenlik – Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğunun əsasıdır” mövzusunda keçirilmiş elmi-praktik konfransa qatılıblar.
Qərbi Kaspi Universitetinin IV kurs tələbələri – Elnur Bayramov “Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması haqqında”, Səbuhi Allahverdiyev “Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin quruculuğu yolu”, Azərbaycan Universitetinin IV kurs tələbəsi Vüqar Mustafayev isə “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda çıxış ediblər.
Tələbə Elmi Cəmiyyəti və “Humanitar elmlər” kafedrasının birgə təşkilatçılığıyla keçirilmiş tədbirdə iştirakçl tələbələrə sertifikat təqdim olunub.
Məlumat üçün bildirək ki, AMEA A.A.Bakixanov adına Tarix və Etnologiya İnstitutu ilə imzalanmış müqavilələrəə əsasən Qərbi Kaspi Universitetinin, Azərbaycan Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri 17 fevral 2025-ci il tarixindən etibarən institutda istehsalat təcrübəsinə başlayıblar.
_________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir