
28.02.2025
27 fevral 2025-сi il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının iclasında t.ü.f.d. Vidadi Umud oğlu Umudlunun “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycan tarixi problemləri Türkiyə tarixşünaslığında” mövzusunda (ixtisas 5509.01- “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları”) tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Şuranın iclasında Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Türk Hərbi Akademiyası Tarix bölümünün professoru Ahmet Özcan rəsmi opponent kimi çıxış edib.
Xatırladaq ki, elmi əməkdaşlıq müqavilələrinə uyğun olaraq xarici ölkə alimləri müntəzəm olaraq Tarix və Etnologiya İnstitutunda keçirilən dissertasiyaların müdafiələrində opponent və rəyçi kimi iştirak edirlər.
Beynəlxalq əlaqələr şöbəsi