18.03.2025
Bu gün Tarix və Etnologiya İnstitutunda "Bizi birləşdirən Novruz" adlı Beynəlxalq elmi konfrans və bayram əhval-ruhiyyəli elmi-bədii tədbir başlayıb. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylidə iştirak edir. Konfrans çərçivəsində eyni adlı rəsm sərgisi və etnoqrafik sərgi təşkil olunub. Tədbir məxsusi olaraq xalqımızın əsrlərdən bəri çox böyük çoşqu ilə qeyd etdiyi İlaxr çərşənbə gününə salınmışdır. Konfransda alimlərimiz ilə yanaşı Moldova, Qazaxıstan və digər ölkələrin elm adamları və Bakı uşaq və gənclər yaradıcıllıq mərkəzinin Bakı rəks qrupu iştirak edir.
______________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
☎️ +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir