
25.09.2025
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Nazim Məmmədovun Almaniyada “Heydar Aliyev and the development strategy of Karabakh (late 1960s – early 1980s)” kitabı (328 səhifə) nəşr olunub. “STELLA” nəşriyyatında çap edilən kitabın elmi redaktoru A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev və “Əliyevşünaslıq” şöbəsinın müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımovdur.
Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın 1960-cı illərin sonundan 1980-ci illərin əvvəllərinə qədər olan dövrü əhatəli şəkildə öyrənilir. XX əsrin 60-cı illərinin sonlarında Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi prosesi başlandı. Bu dövr dövlətimizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, milli dirçəlişin başlanması və Qarabağın sosial, iqtisadi və mədəni sahələrinin dinamik inkişafı ilə müşayiət olundu. Milli oyanışa şərait yaradan amillərin gücləndiyi bir şəraitdə 1970-ci illərdə Heydər Əliyev Ermənistanın Azərbaycana yeni əsassız ərazi iddialarının qarşısını qətiyyətlə aldı. Ümummilli lider bu dövrün digər mühüm məsələlərinin araşdırılması və təhlili ilə də məşğul olmuşdur. Kitabda digər mühüm məsələlər də təhlil və tədqiq edilir.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir