
26.09.2025
26 sentyabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin Ç.Ç. Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun təsis edilməsinin 80 illiyinə həsr olunmuş «Vətən tarixi və varislik problemləri: akademik axtarışlar, yeni baxışlar və yanaşmalar» («Отечественная историческая наука и проблемы преемственности: академические поиски, новые взгляды и подходы») mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Qazaxıstan və dünya tarix elminin aktual məsələləri, elmi irsin qiymətləndirilməsi, varislik problemləri, həmçinin tarixin öyrənilməsinə müasir yanaşmalar geniş müzakirə olunmuşdur.
Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov təbrik nitqi ilə çıxış etmişdir. O, çıxışında konfransın təşkilat komitəsini və iştirakçılarını salamlayıb institutun 80 illik yubileyinin əlamətdar hadisə olduğunu qeyd edərək, elmi müəssisələrimiz arasında yaranan və artan xətlə inkişaf edən əlaqələr haqqında məlumat vermişdir. Sonda K.Şükürov ikitərəfli əlaqələrin perspektivləri barədə fikirlərini bölüşmuş və konfransın işinə uğurlar arzu etmişdir.
Qeyd edək ki, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin Ç.Ç. Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının 11 sentyabr 2025-ci il tarixli (protokol №6) qərarına əsasən, professor Kərim Şükürova həmin institutun «Fəxri professor» diplomu təqdim edilmişdir.
Beynəlxalq əlaqələr şöbəsi