
03.10.2025
Bu günlərdə Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Mustafazadə və tarix üzrə fəlsəfə doktoru, dosent Fəridə Əliyevanın birgə müəllifləri olduqları “Azərbaycan tarixi Rusiya Dövlət Hərbi Arxivinin materiallarında (XX əsrin 20-30-cu illəri)”sənədlər toplusu dərc edilib. İnstitutun Elmi Şurasının qərarı ilə nəşr edilən sənədlər toplusunun elmi redaktoru Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyevdir. Xüsusi şərhlərlə təqdim edilən sənədlər toplusu Azərbaycanda sovet hakimiyyəti quruculuğunun xalqın geniş müqaviməti fonunda həyata keçirildiyini sübut edir. Sənədlər toplusu Azərbaycan tarixinin 1920-30-cu illərinin əvvəlləri haqqında tarixi həqiqət bazasını gücləndirir, tədqiqatçılar üçün yeni istinad mənbələri yaradır.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir