AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Azərbaycanlı tarixçi Çində keçirilmiş beynəlxalq forumda iştirak edib

06.10.2025

AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dos. Nərgiz Axundova 12–18 sentyabr 2025-ci il tarixində Çin Sosial Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun Pekin şəhərində təşkil etdiyi “The First World History Frontiers Forum” adlı beynəlxalq elmi forumda iştirak edib.

Forum çərçivəsində “Civilizational Legacy and Historical Paths” mövzusunda beynəlxalq konfrans keçirilib. “Civilizational Diversity and Different Historical Paths” adlı paneldə t.ü.f.d., dos. Nərgiz Axundova “Hülakülər və Səfəvilər dövrünün mənbələrində Azərbaycan–Çin əlaqələri” mövzusunda çıxış edib. Məruzədə əksini tapan Hülakülər dövründə Çin nümunəsi əsasında kağız pul– “çao” istehsalı haqqında məlumat konfrans iştirakçıları arasında böyük maraq doğurub. Forumun yekun iclasında nəticələr ümumiləşdirilərkən azərbaycanlı alimin məruzəsinə xüsusi istinad olunub.

Forumun ikinci hissəsi Çinin başqa bir şəhərində – Anyanqda davam edib. Burada iştirakçılar Şan sülaləsinə aid məbədlərdə və imperator məzarlarında aparılan arxeoloji qazıntıları izləyiblər. Forum çərçivəsində t.ü.f.d., dos. Nərgiz Axundova Çin, Gürcüstan, Koreya, Özbəkistan, Kanada, Yaponiya, Niderland, Kipr, Türkiyə və digər ölkələrin alimləri ilə müxtəlif mövzularda elmi müzakirələr aparıb.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: