AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Şimali Qazaxıstan Universitetinin alimləri Tarix və Etnologiya İnstitutunda olublar

10.12.2025

10 dekabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının M. Kozibayev adına Şimali Qazaxıstan Universitetinin elmi əməkdaşları — baş elmi işçi, tarix üzrə fəlsəfə doktoru Asemgül Temirxanova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Gulmira Muxamedjanova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Madi Besbayev və kiçik elmi işçi, doktorant Amangül İsakayeva AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda elmi ezamiyyətdə olublar. Səfər “Şimali Qazaxıstan bayları: onların cəmiyyətdə yeri, potensialı və təsərrüfatlarının müsadirəsi” layihəsi çərşivəsində peşəkar təcrübələrinin artırılması və institutumuzun elmi arxiv və kitabxanasından istifadə məqsədi ilə həyata keçirilib.

Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov qonaqları qəbul edib, institutun fəaliyyəti haqqında geniş məlumat verib, qazaxıstanlı alimləri maraqlandıran sualları cavablandırıb.

Qazaxıstan Respublikasının M. Kozibayev adına Şimali Qazaxıstan Universitetinin əməkdaşları Tarix və Etnologiya İnstitutu ilə birgə əməkdaşlığın genişlənəcəyi ilə bağlı niyyətlərini ifadə ediblər.

Beynəlxalq əlaqələr şöbəsi.

Paylaş: