19.06.2019
Hörmətli KİV nümayəndələri!
İyunun 20-də, saat 11:00-da "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə" mövzusunda beynəlxalq elmi konfrans olacaq.
Beynəlxalq elmi konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir.
Elmi konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.
Konfrans AMEA-nın əsas binasının kiçik akt zalında (2-ci mərtəbə) olacaq.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 115.