Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında hər zaman tarix elminin taleyüklü məsələlərini araşdıran, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti ilə nəsillərə örnək olan fədakar alimin, Yaqub Mahmudovun nəfis tərtibatda işıq üzü görmüş bu seçilmiş əsərlərinin tariximizlə bağlı həqiqətləri özündə əks etdirən bir toplu olduğunu söyləyib. O, 15 cildlik külliyyatın 1966-cı ildən başlamış 2017-ci il də daxil olmaqla böyük bir elmi-araşdırma dövrünü - qədim və orta əsrlər Azərbaycan tarixini, Azərbaycan diplomatiyasını, ölkəmizin tarixi əlaqələrini, müstəqillik tariximizi, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən elmi araşdırmaların öz əksini tapdığını bildirib.
Paylaş: