Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən 100 mindən çox arxiv sənədi gətirilib. İnstitutun Elmi Arxivi və Kitabxanasında 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycan” qəzetinin elektron və çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, avtoreferatlar, xəritələr və s. var. Kitabxanadakı 17 min kitabdan 10 mini ərəb dilində olan elektron kitablardır. Bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin kitabları, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitablar mövcuddur.
Videonu hazırladı: Elnur Nəciyev
Fotoların müəllifi: Elnur Nəciyev
Paylaş: