AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

VİDEO QALEREYA

“Azərbaycan tarixi” adlı layihə - 4-cü buraxılış

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ASAN Radio ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçirməyə başlayıb.

Layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Prezident İlham Əliyev Tarix İnstitutunu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Dövlət başçısının göstərişi ilə Azərbaycan tarix elmi saxtalaşdırmalardan və təhriflərdən təmizlənir. Layihə çərçivəsində tariximiz Azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim ediləcək. İlk buraxılışlar Azərbaycan xalqına qarşı soyqırımları tarixinə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli çıxış edib.

Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru isə ASAN Radionun baş redaktoru İlkin Kərimovdur.

30.03.2019

Paylaş: