AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

VİDEO QALEREYA

Avropalı tarixçilər Lənkəranda ermənilərin törətdikləri vəhşiliklərdən yazdı

AMEA-nın Tarix institutu tərəfindən erməni-daşnak cəlladlarının Lənkəran qəzasında 1918/1919-cu illərdə törətdikləri soyqırımı vəhşiliklərini əhatə edən kitab toplusu nəşr olunub. 130 yerli və əcnəbi tarixçilərin məqalələrindən toplanan kitabda Lənkəran qəzasında baş verən soyqırımın əsl həqiqətləri tarixi faktlarla əks olunub. Tarixçi alim bildirdi ki, yerli və əcnəbi elm adamlarının hər birinin Lənkəran qəzasında baş verən soyqırımla bağlı yazdığı məqalələrdən toplanan kitab 700 səhifəni əhatə edir. 3 dildə nəşr olunan kitabin ərsəyə gəlməsi üçün 130 yerli və xarici elm adamlarının araşdırmalarından istifadə edilib. Kitabda da qeyd edildiyi kimi, Lənkəran hələ XX əsrdə mühüm strateji və ərzaq rayonu olub. Bu dövrdə Cənubi Qafqazda hakimiyyəti ələ almağa çalışan Şaumyan və onun quldur dəstəsi Lənkəranın mühüm strateji və ərzaq rayonu olmasını nəzərə alaraq, bu bölgəni ələ keçirməyi qarşıya məqsəd qoymuşdu. Şaumyanın sərəncamı və Erməni Milli Şurasının göstərişi ilə tərkibində erməni fəhlələrindən təşkil olunmuş 280 nəfərlik Bakıdakı bolşevik-erməni daşnak qüvvələri Lənkərana göndərilmişdi. 1918-ci ilin aprelindən başlayaraq Lənkəran qəzasına basqın edən bu quldur dəstə yolboyu azğınlıq etməklə müsəlman kəndlərini dağıdaraq yandırmış və Lənkəran əhalisinə divan tutmuşdu. Tarixçilərin araşdırmasında Lənkəranın əldə saxlanması istər bolşeviklər, istərsə də onların hamilik etdiyi erməni daşnakların burada soyqırımlar törətməsinin heçdə təsadüfi olmadığı əks olunub. Bu kitabda həmçinin qeyd olunmuşdur ki, Lənkəran qəzasında erməni millətçiləri Azərbaycan xalqına qarşı öz cinayətkar əməllərindən əl çəkməyərək törətdikləri qırğınların miqyasını günü-gündən genişləndirir. Bu qırğınların qarşısını almaq üçün danışığa gedən Sütəmurdov kəndinin 13 ağsaqqalı yaraqlı dəstənin başçıları ilə belə bir şərt kəsirlər ki, dinc əhaliyə toxunmayacaqları tədqirdə, əvəzində onlara lazım olan ərzağı verəcəklər. Bu təklifə baxmayaraq, quldur dəstəsi, onları öldürərək, qılıncla tikə-tikə doğrayıb bir yeşikdə torpağa basdırırlar. Ümumilikdə daşnaklar Lənkəran qəzasının 40 kəndində eyni vəhşilikləri törətmiş, şəhərin mərkəzində qala meydanında yerli sakinlər kütləvi şəkildə qətlə yetirilmişdilər. Bu soyqırımlarda bir gündə Gərmətük kəndində 70, Mamusta kəndində 30, Kərgəlan kəndində 30, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan vəhçicəsinə öldürülmüşdür.

25.10.2017

Paylaş: