AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

VİDEO QALEREYA

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirilib

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirilib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ikicildliyi Azərbaycanın müstəqilliyinin 25 illiyinə qiymətli hədiyyə adlandırıb. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür: “Əsərin 1-ci cildi 1991-2003-cü illəri, daha doğrusu tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri – Prezident İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir. 1 cilddə 1991-ci ildə Azərbaycan dövlətçiliyinin bərpası bütövlükdə xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi kimi qiymətləndirilir. 2 cilddə isə 2003-2016-cı illərdə ölkədə aparılmış geniş islahatlar proqramının icrasına, böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr olunub. “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin materiallarını müasir tarix üzrə tarixçi-alimlər yazıblar. Əsərdə müstəqillik dövrünün xronologiyası, biblioqrafiyası və bu dövrü fotosənədlərdə əks etdirən fotoalbom yer alıb. Kitabda 20-dən çox müəllifin əsəri var. Cəbi Bəhramov, tarixçi: “Əsər 1991-ci ildən bu günə kimi bütün məsələləri əhatə edir. Azərbaycanın sosial iqtisadi, mədəniyyət, hərb tarixi, beynəlxalq münasibətlərdə oynadığı rol, xarici siyasəti bu kitabda öz əksini tapıb. Heydər Əliyevin həyata keçirdiyi neft siyasəti, Azərbaycan torpaqlarının işğalı, iqtisadiyyatimizin yeni sahədə inkişaf məsələlərinə kitabda yer verilib”. İlqar Niftəliyev, tarixçi: “Bu nəşrdə biz çalışmışıq ki, bütün məsələlər öz əksini tapsın. Çox qısa tezis şəklində ikicildliyə əlavə olaraq, fotoalbom, biblioqrafiya hazırlamışıq ki, bu dövrü daha əyani şəkildə öyrənə bilək”. Qeyd edək ki, hər iki cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

25.10.2017

Paylaş: