Xocalı qətliamı nəinki azərbaycanın, bütün türk dünyasının faciəsidir. Türkiyə Böyük Millət Məclisinin üzvü Mücahit Daloğlu bu bəyanatla çıxış edib MİLLƏT VƏKİLİ MÜCAHİT DALOĞLU: "Xocalı qətliamı hamımızın qanayan yarasıdır Yurdlarından sürdü insanları üstəlik yetməmiş kimi ermənilərə soyqırım yapıldığını irəli sürürürlər biz bunu qəbul etmirik. Heydər Əliyevin dediyi kimi biz 1 dövlət 2 millətik. Biz 90 milyon dövlətik burda, Ermənistanın bu mənada gücü də yoxdur Yeni Türkiyə strateji araşdırmalar mərkəzinin rəhbəri Həsən Cəlal Gözəl də bu fikirdədir ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən qanlı hadisələrdən biridir. O, Ermənistanı dövlət yox, terror təşkilat adlandırır. Türkiyəli alim bütün dünyanı diqqəti Xocalı soyqırımına yönəltməyə çağırır . YTSAM-IN RƏHBƏRİ HƏSƏN CƏLAL GÖZƏL: "Xocalı qətlimına bütün dünyanın diqqət etməsi lazımdı. Bu son əsrdə indiyə qədər yapılmış ən qanlı soyqırımdı. Bir gecədə 600 fazla türk öldürüldü. Ermənilər özünün dünyanın önündə bunun vahşicə işləmişlərdir üstəlik rusların himayəsində bunu ediblər. Bundan sonra Azərbaycanın başına belə bir şey gəlmiyəcək. Azəri türklər bizim qardaşımızdı, belə saldırıya uqradığında bizlər Azərbaycanın yanında olacağıq". Xocalı soyqırımı Azərbaycan xalqının iyirminci əsrdə üzləşdiyi ən dəhşətli faciələrdən biridir. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı aktı həyata keçirib, minlərlə insanı - qoca, qadın, uşaq və gəncləri qanlarına qəltan ediblər. MEA Tarix institununun direktoru Yaqub Mahmudov hesab edir ki, bu ağır və dəhşətli cinayəti yada salıb ruh düşkünlüyü yaratmaq yox, bunlardan ibrət dərsi almaq lazımdır. Xocalı faciəsini dünyaya çatdırmaqda azərbaycan gənclərinin böyük rolu olduğunu deyən Tarixçi alim həmçinin gəncləri tariximizə sahib çıxmağa çağırır. AMEA Tarix institununun direktoru YAQUB MAHMUDOV: "Azərbaycan gəncliyi orta məktəblərdən başlıyaraq öz tarixlərinə sahib çıxmalıdırlar. Azərbaycan gəncliyinə, bütün ziyalılıramıza, gənclərnən işləyənlərə müraciət etmək istiyirəm. Elə eləmək lazımır ki, Azərbaycan gəncliyi öz tarixinə sahib çıxmalıdır, tarıxın səhifələrini bilsinlər". İyirmi dörd il əvvəl, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Düşmənin şəhərə hücumu zamanı burada 3 minə yaxın insan olub. Soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb ki, onlardan da 150-nin taleyi indi də məlum deyil.
Paylaş: