Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında (XX əsrin əvvəlləri)
Müəllif | Eynulla Mədətli |
---|---|
Nəşr olunduğu il | 2017 |
Bölmə | tarix |
Səhifə sayı | 288 |
Dil | Azərbaycanca |
Baxış sayı | 2264 |
Yükləmə sayı | 95 |
Monoqrafiyada XX əsrin əvvəlləri Azərbaycan tarixi məsələlərinin İran tarixşünaslığında tədqiqi səviyyəsi öyrənilmişdir. Əsərdə Azərbaycanın tarixi coğrafiyası, dövlətçilik tarixi, Azərbaycan xalqının təşəkkülü, dili və mədəniyyəti məsələlərinə İran tarixçilərinin münasibəti aydınlaşdırılmış, həmçinin Cənubi Azərbaycanda 1905-1911-ci illər milli demokratik hərəkatın və1920-ci ilin aprel-sentyabr aylarında Şeyx Məhəmməd Xiyabani hərəkatının İran tarixşünaslığında tədqiqi və dəyərləndirilməsi öyrənilmiş, dövrün qaynaqlarından istifadə olunmaqla hərtərəfli təhlil edilmişdir. Əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Qacarlar İranı ilə qarşılıqlı əlaqələrinin İran tarixşünaslığında tədqiqi geniş araşdırılmış, yol verilən subyektiv qiymətləndirmələr və qərəzli yanaşmalar əsaslı şəkildə tənqid edilmişdir. Monoqrafiyada XX əsrin əvvəlləri Azərbaycan tarixinə dair zəngin faktik və təhlili material verilir. Tarixçilər, XX əsrin əvvəlləri Azərbaycan tarixi məsələlərini öyrənən tədqiqatçılar və tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.