Azərbaycanın əsilzadə şəcərələri (Tiflis, Yelizavetpol və İrəvan quberniyalarının materialları əsasında)
| Müəllif | İsmayıl Umudlu |
|---|---|
| Nəşr olunduğu il | 2024 |
| Bölmə | tarix |
| Səhifə sayı | 398 |
| Dil | Azərbaycan dili |
| Baxış sayı | 1585 |
| Yükləmə sayı | 223 |
Umudlu İsmayıl. Azərbaycanın əsilzadə şəcərələri (Tiflis, Yelizavetpol və İrəvan quberniyalarının materialları əsasında). Bakı: “NƏŞRİYYAT” şöbəsi, 2024, – 398 s.
Monoqrafiyada 1920-ci ilədək Azərbaycan türklərində əsilzadəlik və şəcərə ənənəsi, şəcərələrin etnoloji aspekti tədqiq olunur. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzası üzrə 24 ağalıq/bəylik soyunun, Tiflis quberniyasının Borçalı və Tiflis qəzaları üzrə 41 ağalıq/bəyliyin, eləcə də Tiflisdə yaşamış tatar əsilzadə Terequlovların şəcərələrinə aydınlıq gətirilir. Mövzu çərçivəsində İrəvan quberniyası türk-müsəlman ağalıq/bəylik soylarının şəcərələrinin öyrənilmə problemi araşdırılır, Naxçıvan qəzası Yaycı kəndi sultanlarının şəcərəsi təqdim edilir. Əsərdə Qazax və Ağstafa rayonlarının epiqrafikası ilk dəfə tədqiqata cəlb olunub. Tarixi-etnoloji tədqiqat işindən tarixçilər və geniş oxucu auditoriyası faydalana bilər.