AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan SSR (1930-1991-ci illər)

Azərbaycan SSR (1930-1991-ci illər)

Müəllif A.Ə.Məmmədov
İl 1930-1991-ci illər
İnzibati ərazi Azərbaycan SSR
Paylaş:

1930-cu ildə Azərbaycan SSR-də 10 dairə - Bakı, Gəncə, Zaqatala, Qarabağ (mərkəzi Ağdam), Quba, Kürdüstan (mərkəzi Laçın), Lənkəran, Muğan (mərkəzi Salyan), Nuxa, Şirvan (mərkəzi Göyçay) mövcud idi. SSRİ MİK XKS-nin qərarına müvafiq olaraq, 1930-cu il avqustun 8-də Azərbaycan SSR MİK və XKS "Dairələri ləğv etmək haqqında" qərar qəbul etdi. Respublikada (Naxçıvan MSSR və DMQV-dəki rayonlar da daxil olmaqla) 63 rayon təşkil edildi. 

1931-ci il iyunun 26-da Azərbaycan SSR MİK Rəyasət Heyəti "Rayonların möhkəmləndirilməsi haqqında" qərar qəbul etdi. Yeni rayonlaşma nəticəsində bir sıra rayonlar birləşdirildi. Rayonların sayı 63-dən 52-yə endi. 

Bakı istisna olmaqla, rayonlar 4 qrupa: pambıqçılıq, tarlaçılıq, maldarlıq, bağ-bostançılıq rayonlarına bölündü. Rayonlar 1937 və 1978-ci illərdə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyalarında təsbit olundu. 

Beləliklə nəticə etibarilə Azərbaycan SSR ittifaq miqyasında yüksək göstəricilər əldə etməklə ön cərgələrdə gedirdi. Neft sənayesi Azərbaycanın ən qədim sənaye sahəsidir. Ona görə də Azərbaycanı "Neft Akademiyası" adlandırırlar. Bununla əlaqədar neft-mədən avadanlığı istiehsal edən Səttərxan zavodu, Keşlə maşınqayırma zavodu fəaliyyət göstərir. 

Azərbaycanda ilk kimya zavodu 1879-cu ildə Bakıda tikilmişdir. 

1952-ci ildən Sumqayıt boru-prokat zavodu fəaliyyət göstərir. Sumqayıt dünyada tanınan məşhur kimya sənaye şəhəridir. Buradakı zavodlar sənayenin inkişafında mühüm rol oynayır. 

1954-cü ildə Daşkəsəndə filiz saflaşdırma zavodu işə başlamışdır. 

1955-ci ildə Daşkəsəndə filiz saflaşdırma zavodu işə başlamışdır.

1955-ci ildə 360 min kvt. gücündə Mingəçevir SES istifadəyə verilmişdir. Enerji sənayenin inkişafında mühüm rol oynayır. Mədəni inkişafda yeni mərhələyə qədəm qoyan Azərbaycan elm və təhsil sahəsində böyük nailiyyətlərə malik olmuşdur. 

1976-1986-cı illərdə ilk dəfə olaraq milli dildə Azərbaycan ensiklopediyası nəşr olunmuşdur. 

1990-cı il mayın 18-də Ağstafa, Qobustan, Xızı, Hacıqabul, avqustun 28-də Naxçıvan MSSR-də Sədərək rayonu yaradıldı. 

17 noyabr 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyasının qərarı ilə "Sovet", "Sosialist" sözləri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 

1991-ci il 18 oktyabrda müstəqillik əldə edən Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdiyini bəyan etdi. 

1991-ci il 26 noyabrda Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilmişdir.