07.04.2025 09:42
4 aprel 2025-ci il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsində mərhum tarixçi alim Şahin Fazil oğlu Fərzəliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə alimin ailə üzvləri, institutun əməkdaşları iştirak ediblər, şöbəyə rəhbərlik etmış tarix elmləri doktoru, professor Şahin Fazilin xatirəsini yad ediblər.
Tanınmış şair, görkəmli tarixçi alim Şahin Fərzəliyev haqqında institutun direktor müavini t.e.d., dos. İlqar Niftəliyev, şöbə müdiri, t.e.d. dos. Vaqif Abışov, şöbə müdiri, t.e.d. prof. Tofiq Mustafazadə, baş elmi işçi t.e.d., dos. Solmaz Məhərrəmova, baş elmi işçi, t.e.d., dos. Xeyirbəy Qasımov, t.e.d. dos. Güntəkin Nəcəfli, t.ü.f.d., dos. Vidadi Umudlu, t.ü.f.d., dos. Fərəh Hüseyn, t.ü.f.d. Fəridə Əliyeva, t.ü.f.d, dos. İradə Məmmədova, baş mütəxəssis Cəmaləddin İsmayılov, elmi işçi Vüsalə Əliyeva və başqaları çıxış ediblər, xatirələrini bölüşüblər. Alimin yetirmələrindən t.ü.f.d., dos. Fərəh Hüseyn Şahin Fazilin Beşinci Divanından “Qoy gedim” şeirini səsləndirib.
Allahdan görkəmli alimimiz Şahin müəllimə rəhmət diləyirik.
Məkanı cənnət olsun!