25.06.2025 15:08
Tarix və Etnologiya İnstututunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin böyük elmi işçisi,tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar" kitabı nəşr olunub. Kitabın ideya müəllifi siyasi elmlər doktoru professor Ədalət Vəliyev,elmi redaktoru filalogiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərlidir.
Kitab Qərbi Azərbaycan tarixinin ən mühüm istiqamətlərini özündə əks etdirir. Kitabda ermənilərin İrəvan xanlığının ərazisinə köçürülmələri, 1905-1096-cı illər kütləvi qırğınları, 1918-1920-ci illər soyqırımı, 30-cu illər repressiyaları, 1948-1953-cü illər və 1987-1991-ci illər deportasiyaları, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında ətraflı məlumat verilib. Kitabın bir bölməsi İrəvan şəhərinin qədim tarixinə və maddi-mədəni irsinə həsr edilib.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir