23.02.2026 10:09
Deyirlər ki, zaman öz tələblərini bizə diqtə edir, lakin daim peşəsinə və həyat seçiminə sadiq qalan insanlar zamanın qanunlarına o qədər də uyğunlaşmağa tələsmirlər . Belə insanlardan biri bizim həmkar, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor İradə Səid qizi Bağırovadır. Onun əsas keyfiyyətləri – məqsədyönümlük, intizamlıq, dünyanı dəyişmək istəyı- xarakterındə və fəaliyyətində parlaq şəkildə özünü biruzə verirlər.
Yubiley, gec tez hamı üçün olur, lakin alim yubileyi yalnız təbriklər almaq zamanı deyil, həm də keçmişin , elmi yolun , əldə olunan nailiyyətlərin, şəxsiyyətin cəmiyyətdə dəyərləndirilməsi ücün bir fürsətdir. Yubilyarımızın adı həm akademik mühitdə, həm də daha geniş elmi ictimaiyyətdə — dünya tarixi, Qafqaz tarixi və Azərbaycanın XX əsrinin əvvəlləri üzrə tədqiqatlar sahəsində yaxşı tanınır. Onun elmi, təşkilati və ictimai fəaliyyəti fərdi tədqiqat enerjisinin elmə və cəmiyyətə xidmətlə birləşməsinin gözəl nümunəsidir.
Gənc yaşlarından İradə xanım tarix elminə dərin maraq göstərirdi. Onun bu həvəsi təsadüfi və keçəri olmadı və gələcək həyatını müəyyən edən bir məqsədə çevrildi. Arzusu istedadlı gənc qızı ali təhsil almaq ucun Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə, sonra isə Moskvaya gətirdi.
İrada Bağırovanın elmi dünyagörüşünün formalaşması postsovet məkanının ən güclü elmi məktəblərindən biri ilə — Moskva Dövlət Universitetində aldığı fundamental təhsil ilə bağlıdır. Burada qazandığı mənbəşünaslıq hazırlığı, metodoloji dəqiqlik, müqayisəli-tarixi yanaşma və akademik yazı mədəniyyəti onun sonrakı bütün elmi fəaliyyətinin əsasını təşkil etmişdir. Universitet illəri onun geniş tarixi proseslərə, beynəlxalq əlaqələrə, müqayisəli inkişaf modellərinə marağını gücləndirdi. Elmi fəaliyyətinin ilk mərhələsindən etibarən iki əsas xüsusiyyət diqqəti cəlb edirdi: regional tarixi qlobal kontekstdə şərh etmək və sənədli mənbələrə sistemli şəkildə söykənmək.
Bakıya qayıdanda İradə xanımın seçimi AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu oldu və burada o, Azərbaycanın görkəmli tarixçiləri ilə yanaşı çalışaraq, böyük elm məktəbi keçdi, artıq çalışmaq, axtarmaq, mübahısə və fikrini sübut etməyə hazır olan bir elm adamı kimi formalaşdı
Uzun illər ərzində İrada Bağırovanın elmi və təşkilati fəaliyyəti Qafqaz tarixinin öyrənilməsi ilə bağlı olmuşdur. Bu istiqamətə rəhbərlik etdiyi dövrdə o, qafqazşünaslıq tədqiqatlarının mövzu dairəsinin genişlənməsinə, yeni mənbələrin elmi dövriyyəyə cəlb olunmasına və fənlərarası yanaşmaların tətbiqinə ciddi töhfə vermişdir. Siyasi tarix, beynəlxalq münasibətlər, etnosiyasi proseslər və regional dəyişikliklər onun rəhbərliyi altında aparılan tədqiqatların əsas xəttini təşkil etmişdir.
Bu mərhələdə Qafqaz tarixinin daha geniş — Yaxın Şərq, Avrasiya və ümumdünya prosesləri kontekstində təqdim olunması xüsusi əhəmiyyət kəsb etmişdir. Bu yanaşma regionu təcrid olunmuş məkan kimi deyil, qarşılıqlı təsirlərin fəal iştirakçısı kimi göstərməyə imkan vermişdir.
Hazırda İnstitutda dünya tarixi istiqamətinə rəhbərlik edən professor İ.Bağırova bu geniş baxış modelini ardıcıl şəkildə inkişaf etdirir. Onun konseptual yanaşmasında dünya tarixi ayrı-ayrı regionların mexaniki cəmi deyil, siyasi, intellektual və mədəni qarşılıqlı təsirlərin vahid sistemidir.
İrada Bağırovanın elmi maraqlarında Azərbaycanın XX əsrin əvvəlləri tarixi xüsusi yer tutur. Bu dövr siyasi çevrilmələr, partiya və təşkilatların formalaşması, ictimai ideologiyaların toqquşması və dövlətçilik axtarışları ilə səciyyələnir. Onun tədqiqatlarında bu mərhələ həm milli tarix çərçivəsində, həm də imperiyaların böhranı və beynəlxalq sistemin dəyişməsi fonunda təhlil olunur.
Alimin bu sahədəki araşdırmaları geniş arxiv materiallarına, diplomatik sənədlərə, dövrün mətbuatına və xatirə ədəbiyyatına əsaslanır. Mənbələrin müqayisəli və tənqidi təhlili hadisələrin çoxplanlı mənzərəsini yaratmağa imkan verir və nəticələrin elmi etibarlılığını artırır.
Professor İrada Bağırovanın elmi yaradıcılığı çoxşaxəliliyi və sistemliliyi ilə seçilir. Onun tədqiqatları siyasi tarix, partiya hərəkatları, liberal düşüncə, regional münasibətlər və islahatçılıq proseslərini əhatə edir. Müəllifi və həmmüəllifi olduğu monoqrafiyalar, eləcə də məsul redaktoru kimi iştirak etdiyi kollektiv nəşrlər müasir Azərbaycan tarixşünaslığında mühüm yer tutur. Bununla yanaşıı professor İ.Bağırova Tarix və Etnoloqiya instututunda fəaliyyət göstərən müdafiyə şuralarının üzvü kimi fəal iştırak edir və ölkəmizin tarix elminə yeni kadrlarının gəlməsi prosesində də öz sözünü deyir.
Onun ən çox istinad olunan və cəmiyyətdə böyük maraq doğuran tədqiqatlarından biri — “ Azərbaycanın XX əsrin əvvəllərində siyasi partiya və təıkilatları (1900–1917)” monoqrafiyasıdır. Bu əsərdə XX əsrin əvvəllərində Azərbaycanda siyasi təşkilatlanma, partiya strukturları və ideoloji platformalar geniş mənbə bazası əsasında təhlil olunur. Mövzunun sistemli təqdimatı bu kitabı sahə üzrə əsas istinad mənbələrindən birinə çevirmişdir.
Digər mühüm tədqiqat — “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda liberal cərəyanın inkişafı” monoqrafiyasıdır. Bu əsərdə liberal ideyaların yayılması, ictimai-siyasi fikir tarixində yeri və dəyişikləklər dinamikası araşdırılır.
Professor İ. Bağırova, həmçinin “Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920)” kollektiv monoqrafiyasının müəlliflərindən biri olmuş, çoxcildlik “Azərbaycan tarixi” nəşrinin bir neçə cildində müəllif və redaksiya heyətinin üzvü kimi iştirak etmişdir. Bu nəşrlər akademik tarix yazıcılığının fundamental layihələri sırasında yer alır.
Onun elmi-redaktə fəaliyyəti də xüsusi qeyd olunmalıdır. “Şimal-Qərbi Azərbaycan tarixi”, “Azərbaycan–Gürcüstan münasibətləri (XVIII–XXI əsrlər)” kimi kollektiv monoqrafiyalarda həmmüəllif və elmi redaktor kimi çıxış etmişdir. Bundan əlavə, UNESCO xətti ilə nəşr olunmuş və Qafqaz ilə Mərkəzi Asiyada ictimai-mədəni islahatçılıq proseslərinə həsr edilmiş beynəlxalq kollektiv monoqrafiyaların məsul redaktoru və müəlliflərindən biri olmuşdur. Bu nəşrlər regionun müqayisəli tarixinin öyrənilməsi baxımından mühüm elmi platforma yaratmışdır.
Ümumilikdə alimin onlarla elmi əsəri, o cümlədən xaricdə nəşr olunmuş tədqiqatları mövcuddur ki, bu da onun beynəlxalq elmi dövriyyədə fəal iştirakını göstərir. Professor İ.Bağırova AMEA üzrə beynəlxalq bazalarda adı daim keçən müəlliflərdəndir.
İrada Bağırovanın fəaliyyətinin mühüm istiqamətlərindən biri beynəlxalq elmi əməkdaşlıqdır. O, xarici elmi mərkəzlər və universitetlərlə davamlı əlaqələr qurmuş, beynəlxalq konfrans və layihələrdə fəal iştirak etmişdir. Alimin elmi hesabında 80-dən artıq xariçı konfrasların tribunalardan səslənən və Bu əməkdaşlıq Azərbaycan tarixşünaslığının beynəlxalq akademik mühitə inteqrasiyasına xidmət edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandan kənarda onun çıxışları və mərüzələri elmimizin, dövlətimizın və dövlətçiliyimizin möhkəmlənməsinə yönəlmiş və yüksək səviyyə ilə səciyyələnmişdir. Onun beynəlxalq fəaliyyəti metodoloji yanaşmaların, tədqiqat üsullarının və interpretasiya çərçivələrinin qarşılıqlı müzakirəsinə əsaslanır. Bu isə social- humanitar elmlər üçün xüsusi əhəmiyyət kəsb edir.
Professor İ. Bağırova güclü elm təşkilatçısı kimi də tanınır. Şöbə rəhbəri kimi o,tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, kollektiv layihələrin koordinasiyası və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasında mühüm rol oynayır. Onun rəhbərliyi altında elmi keyfiyyət, metodoloji şəffaflıq və mənbəyə söykənən yanaşma əsas prinsip kimi götürülür. İradə xanımın rəhbərliyi altında onlarla fəlsəfə və elmlər doktoru hazırlanıb və onlar Respublıkamızın ali məktəblərində və elmi mərkəzlərdə çalışırlar.
O, redaksiya heyətlərində, elmi şuralarda və ekspert qruplarında da fəal iştirak edir ki, bu da akademik nəşrlərin səviyyəsinin yüksəlməsinə xidmət edir.
Alimin fəaliyyətində ictimai fəallıq və maarifçilik də mühüm yer tutur. Tarixi biliklərin cəmiyyətə düzgün və əsaslandırılmış şəkildə çatdırılması, elmi mövqenin qorunması və faktlara söykənən yanaşmanın təşviqi onun çıxış və yazılarının əsas xəttini təşkil edir. Tarixçinin cəmiyyət qarşısında məsuliyyəti prinsipinə sadiqlik onun mövqeyinin səciyyəvi cəhətidir. Buna görə də professor İ.Bağırovanı biz müxtəlif elmi və ictimai-siyası debatlarda görə bilərik. Tarixçi alim kimi o, burada ölkəmizin maraqlarını təmkinlə müdafiə edir, çıxışlarında milli yaddaşa və tarixi irsimizə söykənən mövqe ortaya qoya bilir.
Bir çox gənc tədqiqatçı üçün İrada Bağırova yalnız rəhbər deyil, həm də elmidə istiqəmət verən rolunu oynayır. Mövzu seçimi, metodoloji istiqamətləndirmə və mətn üzərində tələbkar iş elmi məktəbin formalaşmasına xidmət edir. Elmi dürüstlük və mənbəyə hörmət onun yetişdirdiyi tədqiqatçılar üçün əsas meyarlardandır.
Professor İrada Bağırovanın elmi və ictimai fəaliyyəti elmə sədaqətin ,metodoloji prinsipiallığın və vətəndaş mövqeyinin nümunəsidir. Onun tədqiqatları, redaktə etdiyi nəşrlər və təşkilati fəaliyyəti müasir tarixşünaslığın inkişafına mühüm töhfə verir.
Yubiley münasibətilə həmkarları, dostları və tələbələri ona möhkəm cansağlığı, yeni elmi ideyalar, uğurlu layihələr və gələcək yaradıcılıq nailiyyətləri arzulayırlar. Sonda demək istərdim ki, elm üçün sərhəd və məhdudiyyət yoxdur, yaş isə sadəcə rəqəmdir, bilik, elmdə və ürəklərdə qoyduğunuz iz isə, İradə xanım, əbədidir.
AMEA TARIX VƏ ETNOLOGİYA
İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRİ
t.e.d.prof.AMEA-nın həqiqi üzvü Nərgiz Axundova
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir