AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bu gün 26 fevral Xocalı soyqırımı qurbanlarının anım günüdür.

26.02.2026 11:50

1992-ci ilin 26 fevralında Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən bu faciə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Rəsmi məlumatlara görə, həmin gecə 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb və əsir götürülüb.

Bu gün xalqımız faciə qurbanlarını dərin hüzn və ehtiramla yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Paylaş: