AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“İraq türkmanlarının tarixi və etnologiyası”

16.04.2026 10:15

15 aprel 2026-cı il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “İraq türkmanlarının tarixi və etnologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilirdi.

 

Tarix və Etnologiya İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov tədbiri giriş sözü ilə açaraq İraq türkmanlarının tarixi və etnoloji baxımdan tədqiqinin institutun prioritet elmi məsələlərindən biri olduğunu bildirdi, bu istiqamətdə aparılan elmi tədqiqatların vacibliyinin vurğuladı. İnstitutun direktoru belə tədbirlərin türk dünyasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə, yeni əməkdaşlıq ideyalarının ortaya çıxmasına xidmət etdiyini dedi.

 

Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “İraqda türklərə aid tarixi abidələr” mövzusunda çıxış edərək bu abidələrin türk mədəni irsinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırdı.

 

Beynəlxalq elmi seminarda İraq və Türkiyədən çıxışçı və iştirakçılar onlayn şəkildə iştirak etdilər. İraqdan beynəlxalq tədbirə qoşulan yazıçı, jurnalist və tərcüməçi Mehmet Haşim Salihi “Türkmanların İraq və Orta Şərqdə olan varlığı” barədə fikirlərini bölüşdü, Kərkük türkmənlərinin vəziyyətindən, Azərbaycan və İraq əlaqələrinin perspektivlərindən danışdı.

Kərkükdən dosent, doktor Nebil Şahin Kifrili “Azərbaycan və türkmanlar arasında olan əlaqələrin yenidən qurulması”  adlı məruzə ilə çıxış edib 

Türkiyədən onlayn şəkildə tədbirdə iştirak edən alim Ali Semin “Türkmanların Orta Şərqdəki indiki durumu və gələcəyi” mövzusunda çıxış edərək belə tədbirlərin qarşılıqlı əlaqələrin inkişafına xidmət göstərdiyini, mənəvi bağları daha da gücləndirdiyini söylədi. 

Daha sonra tədbirdə politoloq Araz Qurbanov “İraq türkmanları azərbaycanlı politoloqun gözü ilə”, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı f.ü.f.d., dos. Orxan İsayev “Türkman etnoniminin tarixi mənbələrdə əksi”, AMEA Folklor İnstitutunun əməkdaşı, f.ü.f.d., dos. Səkinə Qayıbalıyeva “Sovet dövrü İraq-türkman ədəbiyyatının folklor qaynaqları” adlı məruzələrlə çıxış etdilər.

 

Seminar müzakirələrlə davam etdi, iştirakçılar fikir mübadiləsi apardılar, sonda tədbirin əhəmiyyəti bir daha vurğulandı və gələcək elmi əməkdaşlıqlar üçün geniş imkanların olduğu qeyd edildi.

 

______________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

????070-253-75-93 

info.tarixinstitutu@gmail.com

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: