AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Professor: Azərbaycan tarixinin mühüm istiqamətlərindən biri albanşünaslıqdır

22.04.2026 20:16

Ötən il Qafqaz Albaniyasına dair xüsusi biblioqrafiya hazırlanıb. Azərbaycan tarixinin qədim dövrünün mühüm istiqamətlərindən biri də albanşünaslıqvə Qafqaz Albaniyasının tarixinin araşdırılmasıdır. Bu məqsədlə Tarix və Etnologiya İnstitutunda mütəxəssislərin alban dili üzərində çalışmasına xüsusi diqqət yetirilib.

Bu fikirləri AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.

Professor bildirib ki, bəzi erməni tarixçilər Azərbaycanın Alban irsi ilə bağlılığını inkar etməyə çalışırlar: “Onlar iddia edirlər ki, azərbaycanlılar Qafqaz Albaniyasının varisləri deyil. Bu istiqamətdə qarşımızda ciddi vəzifələr dayanır. Tarix, mənəvi irsimiz kimliyimizin əsas göstəricisidir. O, xalqın keçdiyi inkişaf yolunu özündə əks etdirir”.

Paylaş: