24.04.2026 15:53
22 aprel 2026-cı il tarixində Xəzər Universitesində Erzincan Binali Yıldırım Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümünün professoru, doktor Ali Kafkasyalının “Aşıq Şenlik və dövrün tarixi mənzərəsi” kitabının təqdimatı keçirildi.
Kitabın Azərbaycan dilində variantı AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmişdir. Əsəri institutun Tarixi etnologiya şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d İsmayıl Umudlu çapa hazırlayıb.
Tədbirdə Ali Kafkasyalının “Göyçənin bilgə ozanı Aşıq Ələsgər” əsəri də təqdim olundu.
Qeyd edək ki, hər iki əsər “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Ali Kafkasyalının “Aşıq Şenlik və dövrün tarixi mənzərəsi” kitabı görkəmli söz ustadının (1850-1913) həyat və yaradıcılığı, aşığın bədii irsi şifahi (sözlü) tarixin sənədləri olaraq dəyərləndirilir. Aşıq Şenliyin bədii örnəkləri Qafqaz − Doğu Anadolu bölgəsinin XIX yüzilin sonu və XX yüzilin ilk rübünün siyasi tarixinə, Qars vilayətinin ruslar tərəfindən işğalına, türk-müsəlman əhalisinin düşdüyü mürəkkəb duruma işıq tutur.
________________
İctimaiyyətlə əlaqələr şöbəsi
070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir