06.05.2026 15:16
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetinin Türkiyat Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Görkəmli medievist Oqtay Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı” mayın 5-də öz işini başa vurub.
İki gün davam edən konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlər tərəfindən Səfəvilər dövləti və Şah İsmayıl Xətainin fəaliyyəti ilə bağlı məruzələr təqdim olunub.
Tədbir zamanı AMEA-nın prezidenti, Akademik İsa Həbibbəyli, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və dosent Vəfa Əfəndizadə Tezcan çıxış ediblər.
Konfransın bağlanış mərasimində məruzəçilərə sertifikatlar təqdim olunub.
Konfransın yekununda belə beynəlxalq elmi tədbirlərin tarixşünaslıq sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
__________________________________
Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
0702537593
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir